Bu gün klinikamızın baş həkimi Elxan Hacıyevin 60 yaşı tamam olur

Bu gün klinikamızın baş həkimi Elxan Hacıyevin 60 yaşı tamam olur. Bununla əlaqədar, mərkəzimizdə tədbir keçirilmişdir. Tədbirdə açılış nitqi ilə çıxış edən mərkəzimizin icraçı direktoru Asiman Həsənov Elxan Hacıyevin ölkəmizin səhiyyə sistemi üçün hər zaman ürəkdən çalışdığını, quruculuq işlərində vacib addımlar atdığını bildirərək onu təbrik etdi və gələcək işlərində uğurlar arzuladı. Mərkəzimizin tibbi və inzibati heyəti də Elxan Hacıyevə öz ürək sözlərini deyərək təbrik etdilər. Əziz Elxan doktor doğum gününüz mübarək, gələcək fəaliyyətinizdə Sizə uğurlar arzu edirik!

Diqər xəbərlər